İSTİLİK BİR EHTİYACDIR!

25

İllik

Təcrübə

Boyler

Boyler nədir?

Boyler müxtəlif istilik mənbələrindən alınan suyun saxlanması və lazım olduqda istifadə edilməsi üçün avadanlıqdır. Boyler həm də isti su hazırlamaq üçün bir aqreqatdır. Boyleri qidalandırmaq üçün 90-80 ºC isti su tələb olunur. Boylerlərin istifadə olunduğu əsas sahələr aşağıdakılardır: xəstəxanalar, məktəblər, otellər, yataqxanalar, mənzillər, fabriklər. Boyler müəssisələrin isti su ehtiyaclarını tez bir zamanda ödəmək üçün istifadə olunan su qızdırıcılarıdır. İçindəkiserpantin vasitəsilə suyu qızdırır və saxlayır. Boylerlər, başqa sözlə su qızdırıcı çənləri, içindəki serpantin sayəsində suyu qızdıran və saxlayan təzyiqli qablardır.

Boylerdən necə istifadə olunur?

Boyler lazım olan isti suyu saxlamaq üçün istifadə olunur. Boylerin içərisində 90-70 dərəcə temperaturda su olmalıdır. Ekonomik, gigiyenik və yüksək səmərəli isti su ehtiyaclarınız üçün seçə biləcəyiniz boyler, xüsusiyyətlərinə görə fərqli modellərdə təklif olunur. İstehsal gücü 150 litr – 15000 litr aralığında olur.

Boyler növləri hansılardır?

  • Serpantinli boyler: Serpantin sistemi bu gün sənayedə və istehsalatda istifadə olunan vacib bir ünsürdür. Çünki serpantin ondan keçən maye və ya qaz halında olan hər şeyi istənilən səviyyəyə qədər qızdıra və ya soyuda bilər.
  • Tək serpantinli boyler:  İçərisində tək bobinlə suyun isidilməsi və saxlanmasını təmin edən boyler növüdür.
  • Cüt serpantinli boyler: Daha güclü ani isitmə təmin etmək məqsədi ilə qazanın içindəki qoşa bobin sayəsində isitmə prosesini yerinə yetirən bir boyler növüdür.
  • Elektrikli boyler: Heç bir istilik mənbəyiniz olmayan yerlərdə (günəş enerjisi, geotermal qaynaq və s.) elektrik enerjisi sayəsində isitmə təmin edən boyler növüdür.

Boylerin istifadə sahələri hansılardır?

  • Zavodlar
  • Hərbi Hissələr
  • Otellər
  • Məktəblər
  • Yataqxanalar
  • Fabriklər
  • Binalar
  • Şəhərciklər
  • Xəstəxanalar
  • Alış Veriş Mərkəzləri

TƏK VƏ CÜT SERPANTİNLİ BOYLERLƏR 150 LT-15000 LT

Su tutumu 150 lt – 15000 lt
Hazırlanma materialı: ГОСТ №14637-89, ГОСТ
№19903-2015, ГОСТ№ 380-2005 polad lövhə
İşləmə təzyiqi: 10 atmosferdək
50 mm izolyasiyas
İstəyə görə elektrik ten çubuqlu

Katoloq